“Mançester Yunayted”də təmizləmə əməliyyatı
23.11.2023 - 11:12
“Mançester Yunayted”də təmizləmə əməliyyatı

“Mançester Yunayted”in 2024-cü illə bağlı planları bəlli olub.

Apasport.az xəbər verir ki, İngiltərə klubu qarşıdakı iki transfer pəncərəsində heyətində ciddi islahatlar aparacaq.

Baş məşqçi Erik Ten Haq bu müddətdə 13 futbolçu ilə vidalaşmağı planlaşdırır. Onun “qara siyahı”sında Ceydon Sanço, Meyson Qrinvud, Antoni Marsial, Donni van de Bek kimi oyunçular da yer alıb.

Qeyd edək ki, Ten Haq 2022-ci ilin iyulundan Mançester təmsilçisini çalışdırır.

writer photo
Əlirza Əlirzalı
0