“Mançester Yunayted”dən 50 milyonluq təklif
18.06.2023 - 11:29
“Mançester Yunayted”dən 50 milyonluq təklif

“Mançester Yunayted” heyətini gücləndirməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, İngiltərə təmsilçisi “Çelsi”dən Meyson Maunta elçi düşüb.

24 yaşlı yarımmüdafiəçinin transferini həll etmək üçün danışıqları davam etdirən “qırmızı şeytanlar” qarşı tərəfə 50 milyon funt-sterlinq təklif edib. Mançesterlilər yeni mövsümün startına qədər İngiltərə millisinin də şərəfini qoruyan futbolçunun keçidini həll etməyə çalışır. 

Qeyd edək ki, 2019-cu ildən “Çelsi”nin əsas komandasına qoşulan Meyson son mövsümdə 35 matçda iştirak edərək, 3 qol və 6 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0