"Mançester Yunayted"in futbolçusu 4 oyunluq cəza aldı
12.03.2023 - 19:01
"Mançester Yunayted"in futbolçusu 4 oyunluq cəza aldı

Braziliya millisini və "Mançester Yunayted"in futbolçusu Kazemiru 4 matçlıq cəza alıb.

Apasport.az xəbər verir ki, o, "Sauthempton"la keçirilən görüşdə cari mövsüm 2-ci qırmızı vərəqə ilə meydandan qovulub.

Onun "Sauthempton"un argentinalı yarımmüafiəçisi Karlos Alkarasa qarşı sərt sürüşmə fəndindən istifadəsi baş hakim Antoni Teylor tərəfindən cəzalandırılmasına səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0