“Mançester Yunayted”in gözü “Benfika”da
15.11.2023 - 14:51
“Mançester Yunayted”in gözü “Benfika”da

“Benfika”nın futbolçusu Joao Neves “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları "Benfika" və "Sportinq" komandaları arasında keçirilən oyunda (2:1) yarımmüdafiəçinin performansını bəyəniblər. 

Nevesin transferi ilə bağlı danışıqlar davam edir. Oyunçu bu mövsüm “qartallar”ın heyətində çıxdığı 18 matçda 1 qol vurub.

Qeyd edək ki, 19 yaşlı mərkəz oyunçusunun Portuqaliya təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0