“Mançester Yunayted”in gözü onda
22.12.2022 - 17:28
“Mançester Yunayted”in gözü onda

İngiltərənin “Mançester Yunayted” klubu heyətə yeni futbolçu cəlb edə bilər.

Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” Niderlandın PSV komandasından Kodi Qakponu rənglərinə bağlamaq istəyir. 

23 yaşlı futbolçunun qışda ingilislərə qoşulması gözlənilir.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Niderland millisinin heyətində 3 qol vuran futbolçunun transfer qiyməti 45 milyon avrodur.
 

writer photo
Əlirza Əlirzalı
0