“Mançester Yunayted”in istədiyi yarımmüdafiəçilər
30.09.2022 - 18:00
“Mançester Yunayted”in istədiyi yarımmüdafiəçilər

“Mançester Yunayted” mövsümün sonunda transfer etmək istədiyi ilk iki oyunçunu müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu, xüsusən də, yarımmüdafiə xəttini gücləndirməkdə maraqlıdır.

“Qırmızı şeytanlar” gələn ilin yayında “Barselona”lı Frenki de Yonq və Dortmund “Borussiya”sından olan Cud Bellinqemi heyətinə qatmağa çalışacaq. “Mankunianlar” hər iki oyunçunu bu il də almağa cəhd etməsinə baxmayaraq, transfer son anda baş tutmamışdı.

Qeyd edək ki, həm Frenki de Yonq, həm də Cud Bellinqem Avropanın digər nəhəng klublarının da maraq dairəsindədir.
 

writer photo
Əlirza Əlirzalı
0