"Mançester Yunayted"in qış planları
26.01.2024 - 17:25
"Mançester Yunayted"in qış planları

"Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə hər hansı satınalma planlaşdırmır.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” feir-pley qaydalarını pozmamaq üçün futbolçu transfer etməmək qərararına gəlib.

Antoni Marsialın zədəsindən sonra “mankunianlar”ın hücumçuya ehtiyacı olsa da, bu istəklərini yaya kimi təxirə salıblar. Ancaq komandanın oyun üslubuna uyğun futbolçu olarsa, bu zaman kiralama üsulundan istifadə edilə bilər. 

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında keçirdiyi 21 matçdan sonra turnir cədvəlinin 8-ci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0