"Mançester Yunayted"in satışı iyuna saxlanıldı
12.03.2023 - 14:26
"Mançester Yunayted"in satışı iyuna saxlanıldı

Qleyzer ailəsi “Mançester Yunayted”in satışını yaya qədər təxirə salıb.

Apasport.az xəbər verir ki, əvvəlcə klubun satışının 2023-cü ilin birinci rübündə və ya aprelin sonunda olması planlaşdırılırdı. İndi isə iyun ayı məqbul təklif almaq şərti ilə daha real vaxt çərçivəsi hesab olunur.

Qleyzerlər ən azı 5 milyard funt sterlinq istəyirlər və Şeyx Casim bin Həməd Əl-Tani və Ser Cim Ratkliffin təklifləri hazırda bu təxmindən aşağıdır.

writer photo
Əlirza Əlirzalı
0