“Mançester Yunayted”in yeni hədəfi
02.11.2023 - 20:43
“Mançester Yunayted”in yeni hədəfi

"Mançester Yunayted" "Qalatasaray"ın müdafiəçisi Saşa Boeyi almaq istəyir.

Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın skautları “Qalatasaray” – “Beşiktaş” oyununda fransalı müdafiəçinin performansını bəyəniblər. 

Futbolçunun transferi qışda reallaşa bilər. Bunun üçün “Cim-Bom” təklifə müsbət cavab verməlidir. 

Qeyd edək ki, bir gün öncə İngiltərə nəhəngi “Atletiko”nun hücumçusu Antuan Qrizmanı transfer etmək istədiyini bəlli olub.
 

writer photo
Əlirza Əlirzalı
0