“Real”ın borcu 1,6 milyarda çatır
02.11.2023 - 19:11
“Real”ın borcu 1,6 milyarda çatır

“Real” “Santyaqo Bernabeu” stadionunun tikintisi üçün yenidən borc götürəcək. 

Apasport.az xəbər verir ki, rəhbərlik stadionun tikinti işlərini başa çatdırmaq üçün üçüncü kreditini götürməyə məcbur olub. 

Madridlilər noyabrın 11-də keçiriləcək Baş Assambleyada nümayəndələrdən 360 milyon avro borcla bağlı icazə istəyəcək. Bununla  da Madrid komandasının ümumi borcu 1,6 milyarda çatacaq. “Real” rəhbərliyi illik 150 milyon avro qazandığı stadiondan 300 milyon qazanmağı planlaşdırır.

Qeyd edək ki, stadion 2022-ci ilin sonunda hazır olmalı idi. Lakin tikinti işləri hələ tamamlanmayıb. 
 

writer photo
Əlirza Əlirzalı
0