“Mançester Yunayted”in zədəliləri qayıtdı
19.04.2023 - 17:29
“Mançester Yunayted”in zədəliləri qayıtdı

“Mançester Yunayted”də zədəli futbolçular heyətə qayıdıb.

Apasport.az saytı xəbər verir ki, komandanın əsas qol silahlarından sayılan Markus Reşford komanda ilə məşqlərə başlayıb. 

25 yaşlı forvardla yanaşı, Lyuk Şou, Marsel Zabitzer və Tirell Malasia da qrup məşqlərində iştirak edir. Onların Avropa Liqasının “Sevilya” ilə sabah keçiriləcək 1/4 final mərhələsinin cavab matçında forma geyinmələri gözlənilir.

Qeyd edək ki, komandalar arasındakı ilk oyun 2:2 hesablı bərabərliklə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0