Mane Münhendən yola salınır
13.07.2023 - 01:43
Mane Münhendən yola salınır

“Bavariya” Sadio Mane ilə yollarını ayıracaq.

Apasport.az-ın məlumatına görə, bu barədə Münhen klubundan açıqlama verilib.

Seneqallı futbolçuya növbəti mövsümdə heyətdə düşünülmədiyi bildirilib. 31 yaşlı hücumçunun transfer pəncərəsi bağlanana kimi satılması planlaşdırılır. “Bavariya” Maneyə görə, minimum 20 milyon avro tələb edir.

Qeyd edək ki, ötən ilin yayında “Liverpul”dan transfer olunan Sadio zədə üzündən uzun müddət yaşıl sahələrdən kənarda qalıb. O, meydana çıxdığı 38 oyunda cəmi 12 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0