Marselo qərarını verdi
16.06.2022 - 22:54
Marselo qərarını verdi

“Real”ın sabiq futbolçusu Marselo gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi İspaniyada qalacaq.

O, La Liqa klublarından aldığı təklifləri nəzərdən keçirir. Hələ yüksək səviyyədə oynamaq iqtidarında olduğunu düşünən Marselo özü və ailəsinin uyğunlaşdığı ölkədən ayrılmaq istəmir. 34 yaşlı futbolçunun oğlu “Real”ın akademiyasında olması da onun belə qərarına təsir edib.

Futbolçunun xidmətində İspaniyanın üç klubu maraqlıdır. Bunlar “Valyadolid”, “Xetafe” və “Rayo Valyekano”dur.

Qeyd edək ki, Marselo 16 il şərəfini qoruduğu “Real”dan azad agent statusu ilə ayrılıb.
 

writer photo
Əlirza Əlirzalı
0