Marselonun oğlu İspaniya yığmasını seçdi
20.04.2023 - 17:52
Marselonun oğlu İspaniya yığmasını seçdi

Braziliyalı futbolçu Marselonun oğlu Enzo Alvesin oynayacağı milli bəlli olub.

Apasport.az saytı xəbər verir ki, 13 yaşlı futbolçu vətəninin əsas komandasını deyil, böyüyüb boya-başa çatdığı İspaniya millisinin şərəfini qorumağı seçib.

Oğlunun qərarına təəccüblənən ata Alvesin qərarını sosial şəbəkə hesabında da paylaşıb. Madrid “Real”ının keçmiş müdafiəçisi seçimlə bağlı Enzonu təbrik edə edib.

Qeyd edək ki, “Kral klubu”nun akademiyasında təhsil alan Alves hücumçudur. O ötən il komanda ilə ilk peşəkar müqaviləsini imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0