Matçda stadiona qaçıb rəqs edən azarkeş həbs edilib
20.08.2024 - 17:34
Matçda stadiona qaçıb rəqs edən azarkeş həbs edilib

Premyer Liqada keçirilən "Dinamo" - "Krılya Sovetov" matçının əvvəlində azarkeş meydançaya qaçıb.

Apasport.az xəbər verir ki, azarkeş meydançaya qaçaraq rəqs edib.

Azarkeş 8 sutka həbs edilib və 1 il müddətinə idman tədbirlərinə qatılmaq qadağan edilib.

Xatırladaq ki, “Dinamo” “Kriliya Sovetov”u minimal hesabla (1:0) məğlub edib.

Marsel Liçkanın komandası Premyer Liqa turnir cədvəlində "Zenit"dən 1 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0