39 yaşlı Felipe Melo 20-ci kubokunu qazandı
18.04.2023 - 00:42
Braziliyalı Felipe Melo növbəti dəfə titula sahib olub.
Apasport.az saytı xəbər verir ki, vətənində “Fluminense”nin şərəfini qoruyan mərkəz müdafiəçisi karyerasında 20-ci kuboka yiyələnib.
39 yaşlı mərkəz müdafiəçinin komandası finalda “Flamenqo”nu məğlub edərək (0:2, 4:1) Braziliya kubokunu başı üzərinə qaldırıb.
“Qalatasaray”, “Yuventus”, “İnter” və “Fiorentina” kimi komandaların şərəfini qorumuş Melo bildirib ki, bununla kifayətlənmək niyyətində deyil və karyerasını davam etdirəcək.
0
0