Mbappe PSJ ilə müqaviləni uzatmır
28.12.2023 - 20:44
Mbappe PSJ ilə müqaviləni uzatmır

Fransa Liqa 1 klublarından PSJ-nin futbolçusu Kilian Mbappe klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq.

Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu La Liqa təmsilçisi "Real Madrid"ə transfer olacaq.

Belə ki, artıq 2024-cü ilin əvvəlində tərəflər arasında razılıq əldə oluna bilər.

Qeyd edək ki, Mbappe cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqavilə müddəti yayda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0