Mbappe zədələndi
09.02.2024 - 12:46
Mbappe zədələndi

PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.

Apasport.az xəbər verir ki, fransalı ulduz ölkə kubokunun 1/8 finalında "Brest"lə (3:1) matçda aldığı zədə səbəbindən xəstəxanaya yerləşdirilib.

Mətbuatda çıxan məlumata görə, 25 yaşlı forvard Fransa çempionatında "Lill"lə növbəti oyunu buraxacaq. Komandanın məşqçilər korpusu aparıcı oyunçusunun sağlamlığını riskə atmaq istəmir.

Bu gün Mbappe tibbi müayinədən keçəcək və onun son durumu müəyyən ediləcək.

Qeyd edək ki, bu mövsüm forvard Paris təmsilçisində 29 oyun keçirib və 30 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0