“Bavariya”nın futbolçusundan ayrılıq qərarı
11.11.2022 - 15:46
“Bavariya”nın futbolçusundan ayrılıq qərarı

“Bavariya”nın müdafiəçisi Benjamin Pavar komandasını tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü, ümumiyyətlə, Almaniyadan köçmək fikrindədir.

26 yaşlı oyunçu karyerasını başqa ölkədə davam etdirməyi planlaşdırır. Bu üzdən münhenlilərlər yeni müqavilə məsələsini müzakirə etməyə razılıq verməyib.

Qeyd edək ki, Benjamin Pavarın Bundesliqa çempionu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
 

writer photo
Əlirza Əlirzalı
0