Mbappedən etiraf: “1/8 final bizim maksimumdur”
09.03.2023 - 12:48
Mbappedən etiraf: “1/8 final bizim maksimumdur”

"Maksimum gücümüz Çempionlar Liqasının 1/8 finalına yüksəlməkdir".

Apasport.az saytı xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsində "Bavariya"ya məğlubiyyətə (0:1 və 0:2) bu sözlərlə şərh verib. 

Rəqibin Çempionlar Liqasını qazanmaq üçün qurulmuş bir heyətə sahib olduğunu deyən 24 yaşlı futbolçu bundan sonra bütün diqqətlərini daxili çempionata yönəldəcəklərini bildirib: “Mövsümün əvvəlində demişdim ki, bu turnirdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Amma deyəsən, 1/8 final bizim maksimumdur. Fransa çempionatının oyunlarına qayıdıb çempionluq uğrunda mübarizəyə davam edəcəyik”.

Qeyd edək ki, PSJ Liqa 1-də 26 oyundan sonra 63 xalla turnir cədvəlinin ilk pilləsində yer alır. Paris təmsilçisi ən yaxın rəqibi “Marsel”i 8 xal qabaqlayır.

writer photo
Əlirza Əlirzalı
0