Mbappedən yeni rekord
14.05.2023 - 14:29
Mbappedən yeni rekord

Fransalı hücumçu Kilian Mbappe daha bir rekordu təkrarlayıb.

Apasport.az saytı xəbər verir ki, Liqa 1-in XXXV turu çərçivəsində “Ayaçço” ilə qarşılaşmada dubl edən forvard bu mövsüm vurduğu qolların sayını 25-ə çatdırıb.

Bununla da 24 yaşlı Mbappe İkinci Dünya Müharibəsindən sonra çempionatda dörd mövsümdə ən azı 25 qol vuran ikinci fransız futbolçu olub. O, Tade Sizovskinin uğurunu təkrarlayıb. Sonuncu 1955/56, 1956/57, 1958/59 və 1959/60 mövsümlərində ən azı 25 dəfə fərqlənib.

Qeyd edək ki, PSJ – “Ayaçço” matçı ev sahibi komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0