Mbappedən yeni REKORD
04.01.2024 - 12:25
Mbappedən yeni REKORD

PSJ-nin hücumçusu Kilian Mbappe daha bir klub rekorduna imza atıb.

Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu Fransa Superkubokunda "Tuluza"nın qapısına endirdiyi dəqiq zərbə ilə yeni nailiyyət qazanıb. 

Beləliklə, Mbappe "Park de Prens"də vurduğu qolların sayını 111-ə çatdırıb. Bu, PSJ tarixindəki ən yüksək göstəricidir. 

Qeyd edək ki, fransalı Paris nəhəngləri üçün 283 oyunda 234 qol vurub. Cari mövsümdə ulduz futbolçu 23 görüşdə 22 qol ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0