Mbappeni ala biləcək klub müəyyənləşdi
16.10.2022 - 23:09
Mbappeni ala biləcək klub müəyyənləşdi

PSJ-dən getmək istəyən Kilian Mbappeni almaq iqtidarında olan klub bəlli olub.

Apasport.az saytının məlumatlına görə, fransalı ulduz “Mançester Siti”yə keçə bilər.

Yayda Erlinq Halandın transferini gerçəkləşdirən İngiltərə klubu hücumda ulduz tandemi formalaşdırmağın əleyhinə deyil. Mançesterlilərin maliyyə imkanları da bu transferə imkan verir.

Qeyd edək ki, yayda “Real”a keçməyə yaxın olan Kilian son anda Parisdə qalmağa qərar versə də, artıq buna peşmandır.
 

writer photo
Əlirza Əlirzalı
0