Mbappenin azarkeşi olduğu ingilis klub
30.11.2023 - 21:21
Mbappenin azarkeşi olduğu ingilis klub

Fransa millisinin kapitanı Klian Mbappe “Arsenal” azarkeşi imiş.

Apasport.az xəbər verir ki, hazırda PSJ-nin şərəfini qoruyan 24 yaşlı forvard Premyer Liqada çıxış edəcəyi halda məhz “topçular”ı seçəcək.

Xatırladaq ki, 2019-cu ildə London klubu onu heyətə cəlb etmək istəsə də Mbappe Parisdə oynamağa üstülk verdi. PSJ-də 277 oyuna çıxan Klian 229 qol və 100 məhsuldar ötürmə ilə yadda qalıb.

İndi isə komandası ilə mövsümün sonunda bitəcək müqaviləsinin vaxtını artırmayan Mbappenin hansı kluba gedəcəyi maraqla gözlənilir. İddialara görə, o , yeni mövsümdən Madrid “Real”ının şərəfini qoruyacaq.

writer photo
Əlirza Əlirzalı
0