Mbappenin qərarını dəyişən fantastik təklif
20.05.2022 - 21:51
Mbappenin qərarını dəyişən fantastik təklif

PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a keçməklə bağlı qərarını dəyişməsinin səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı forvard artıq Paris klubunda qalmağa daha şanslı hesab edilir.

Buna səbəb fransızların ona etdiyi fantastik təklifdir. Belə ki, Fransa millisinin üzvü komandada qalacağı təqdirdə imza pulu olaraq 300 milyon avro əldə edəcək. Ona illik maaş kimi isə 100 milyon avro təklif olunub. Bir müddət əvvəl “Real”la ilkin razılığa gələn Mbappe indi PSJ ilə danışıqları tamamlamaq üçün ispanlardan vaxt istəyib.

Qeyd edək ki, gələn ayın sonunda azad agent statusuna malik olacaq Kilian Mbappe cari mövsüm 46 oyunda 36 qol vurub, 26 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0