Ronaldo rekorda doymaq bilmir
25.11.2023 - 19:06
Ronaldo rekorda doymaq bilmir

Kriştiano Ronaldo daha bir rekorda sahib olub.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Nəsr”in şərəfini qoruyan hücumçu  “Əl-Axdud”la (3:0) qarşılaşmada iki qol vurub.

38 yaşlı superistedad yüksək milli divizionlarda vurduğu qolların sayını 527-yə çatdırıb. Bununla da o bu göstəricidə 1931-1957-ci illərdə Avstriya və Çexoslovakiya çempionatlarında çıxış edən Yozef Bikanın 526 qolluq rekordunu qırmış olub. 

Qeyd edək ki,  bu qələbədən sonra xallarının sayını 34-ə çatdıran “Əl-Nəsr” lider “Əl-Hial”dan cəmi 1 xal geri qalır.

writer photo
Əlirza Əlirzalı
0