Mbappenin təqdimat mərasimi baş tutub
16.07.2024 - 15:54
Mbappenin təqdimat mərasimi baş tutub

Kilian Mbappenin “Real Madrid” karyerası rəsmən başlayıb.

Apasport.az xəbər verir ki, ulduz futbolçu “Santyaqo Bernabeu”da azarkeşlərin önünə çıxıb.

Mbappe təqdimat mərasimindən əvvəl klub prezidenti Florentino Perezlə görüşüb. O, yeni komandası ilə 5 illik müqaviləyə imza atıb. Perez Madrid təmsilçisinin yeni ulduzuna 9 nömrəli formanı təqdim edib.

“Real” Mbappeyə 50 milyon avro məbləğində imza ödənişi edəcək. Futbolçunun illik maaşının isə 15-20 milyon aralığında olması gözlənilir.

Qeyd edək ki, Kilianın Madriddəki təqdimat mərasimini izləmək üçün təxminən 80 min azarkeş bilet almışdı.
 

writer photo
Əlirza Əlirzalı
0