Mbappeyə rekord təklif: 300 milyon
24.07.2023 - 15:53
Mbappeyə rekord təklif: 300 milyon

“Əl-Hilal” Kilian Mbappenin transferi üçün rəsmi təklif göndərib.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün 300 milyon avro ödəmək niyyətindədir.

PSJ hücumçunu satmağa razılıq versə, bu, futbol tarixinin ən bahalı transferi olacaq. Mbappenin özü asiyalılarla danışıqlara başlamayıb.

Qeyd edək ki, Kilianın “Real”la şəxsi müqaviləsini razılaşdırdığı iddia olunur.

writer photo
Əlirza Əlirzalı
0