İllərdir bir-birinə əzəli rəqib sayılan Kriştianu Ronaldo ilə Lionel Messi yaşlanmalarına baxmayaraq, qollarını sıralamaqda davam edir.
Apasport.az saytının məlumatına görə, millidəki son matçlar hər ikisi üçün məhsuldar keçib.
Kriştianu Millətlər Liqasında İsveçrə ilə matçda dubl, Lionel isə Estoniya ilə yoldaşlıq görüşündə penta-trik edib. Analitiklər Portuqaliya və Argentina millisinin kapitanının məhsuldarlığını nəzərə alaraq, onların il ərzindəki durumlarını dəyərləndirib.
Mütəxəssislərin fikrincə, Leo 2022-ci ildə həmkarından daha çox qol vuracaq. Əmsallar belə deməyə əsas verir. Araşdırma zamanı onların həm millidə, həm də klub turnirlərində keçirəcəkləri matçlar nəzərə alınıb.
2022-ci il üçün qol sayına görə hazırda Ronaldo Messini 12:11 hesabı ilə qabaqlayır. Əgər Messi həmkarını -1,5 fora ilə üstələsə, təklif olunan kupon qalib sayılacaq. Analoji olaraq 1,5 fora ilə Ronaldo qalib hesab ediləcək.
Ekspertlər bu il CR7-nin 53, Leonun isə 54 qol vuracağını proqnozlaşdırır. Bu isə o deməkdir ki, Messi çox qol vuracaq, amma gümanlar özünü doğrutsa, Ronaldo mərc edənləri qazandıracaq.