DÇ-2034-ə iki iddiaçı
21.07.2023 - 16:48
DÇ-2034-nin ev sahibliyinə namizədliyini vermək istəyən iki ölkə bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qazaxıstan və Özbəkistan mundial üçün birgə sifariş vermək niyyətindədir.
Qonşu ölkələr dünya çempionatının təşkili ilə bağlı müzakirələrdən sonra müraciətini hazırlayacaq. Son illərdə iki ölkə arasında futbol əlaqələrinin daha da yaxın olması birgə sifariş üçün zəmin yaradıb.
Qeyd edək ki, bu ölkələr fərqli konfederasiyalara daxildir. Qazaxıstan Avropa, Özbəkistan isə Asiya zonasında çıxış edir.
0
0