Messi "Nyuelss Old Boyz"da oynayacaq
25.02.2023 - 14:16
Messi "Nyuelss Old Boyz"da oynayacaq

Lionel Messi yoldaşlıq matçında iştirak edəcək. 

Apasport.az saytı xəbər verir ki, Messi doğma klubu "Nyuells Old Boyz"un təşkil edəcəyi oyunda meydana çıxacaq.

PSJ-nin hücumçusunun karyerasını bir müddət əvvəl başa vurmuş Maksi Rodriqesin şərəfinə Argentinada keçiriləcək yoldaşlıq görüşündə iştirak edəcək.

Qarşılaşma iyunun 16-da "Nyuelss Old Boyz"un stadionunda keçiriləcək.

Qeyd edək ki, 35 yaşlı futbolçu Avropaya gəlməzdən öncə vətənində məhz bu komandada oynayıb.

writer photo
Əlirza Əlirzalı
0