Messi qayıdır, Mbappe olmayacaq, Neymarın mübarizəsi sual altında
10.01.2023 - 15:21
Messi qayıdır, Mbappe olmayacaq, Neymarın mübarizəsi sual altında

Argentina millisinin kapitanı Lionel Messinin PSJ-nin heyətində meydana çıxacağı vaxt dəqiqləşib. 

Apasport.az saytının məlumatına görə, o, Dünya Kubokunu qazandıqdan sonra ilk dəfə sabah PSJ-nin heyətində yer alacaq. 

Superulduz Paris təmsilçisinin Liqa 1-in XVIII turunda “Anje”ə qarşı ilk “11-lik”də oynayacaq.

Əvəzində, komandanın aparıcı futbolçularından Killian Mbappe matçı buraxacaq, Neymarın iştirakı isə sual altındadır.

Onlardan belçikalı bir həftəlik icazə alıbsa, braziliyalı dünya çempionatında Serbiya ilə qarşılaşmada aldığı zədə səbəbindən klubuna kömək edə bilmir.
 

writer photo
Əlirza Əlirzalı
0