Messi Ronaldonu yenə qabaqladı
20.12.2022 - 18:47
Messi Ronaldonu yenə qabaqladı

Argentina millisinin kapitanı Lionel Messi daha bir rekord vurub.
 
Apasport.az saytı xəbər verir ki, mundialda çempion olduqdan sonra instaqramda dünya kuboku ilə paylaşdığı fotosuna 56 milyondan artıq bəyənmə gəlib. 

Bu, instaqram tarixinin ən çox bəyənilən idman paylaşımı kimi tarixə düşüb. Ondan öncə isə rekord Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun hesabında olub. Onun Messi ilə dünya çempionatından öncə şahmat oynayarkən çəkilən fotosu 42 milyon “like” alıb.
 
Qeyd edək ki, Lionelin instaqramda izləyici sayı 400 milyona çatıb.
 

writer photo
Əlirza Əlirzalı
0