Messi: “Tezliklə milli komandadan ayrılacağam”
13.07.2023 - 14:02
Messi: “Tezliklə milli komandadan ayrılacağam”

“Məntiqlə yaşıma görə əminəm ki, tezliklə milli komandadan ayrılacağam”.

Apasport.az saytı xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi deyib. 

36 yaşlı ulduz futbol oynamaqdan zövq aldığını deyərək, yaxın zamanlarda yığma karyerasına nöqtə qoya biləcəyinə eyham vurub: “Yaşıma görə ən qısa vaxtda qərarımı vermək məcburiyyətindəyəm. İndi gündəlik həyatı düşünürəm, gözəl olan hər şeydən həzz alıram. Milli komandada çox çətin dövrlərdən keçməli olduq. Dünya çempionatını və Amerika Kubokunu qazandıq. Zövq almaq vaxtıdır. Karyeramın elə bir nöqtəsindəyəm ki, başıma gələn hər şeyi sevirəm və hər şeyi daha çox qiymətləndirirəm, çünki bunların son illər olduğunu bilirəm”.

Qeyd edək ki, Messi 2005-ci ildən millidə çıxış edir. O, 175 matçda 103 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0