"Messi üçün darıxıram"
04.01.2024 - 16:23
"Messi üçün darıxıram"

PSJ-nin hücumçusu Kilian Mbappe maraqlı açıqlaması ilə gündəm olub.

Apasport.az xəbər verir ki, Fransa millisinin kapitanı keçmiş komanda yoldaşı Lionel Messi haqda danışıb.

25 yaşlı forvard dünya çempionu ilə birlikdə oynadığı günləri yada salıb: “Messi ilə oynamaq üçün darıxıram. Onunla eyni komandanın formasını geyinmək özəl bir hiss idi. Həqiqətən də Lionel hər kəsə qələbə duyğusunu aşılaya bilən bir liderdir". 

Qeyd edək ki, Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birlikdə oynayıblar. Daha sonra argentinalı forvard ABŞ-nın "İnter Mayami" klubuna keçib. 

writer photo
Əlirza Əlirzalı
0