Messi və Ronaldonun sevimli rəqibləri - MÜQAYİSƏ
07.06.2022 - 11:30
Messi və Ronaldonun sevimli rəqibləri - MÜQAYİSƏ

Lionel Messi və Kriştianu Ronaldonun milli komandanın heyətində ən çox qol vurduğu rəqiblərin adları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin kapitanının son yoxlama görüşündə penta-trik etdiyi Estoniya onun ən sevimli ikinci rəqibi olmağı bacarıb.

Leonun yığmada ən çox məyus etdiyi komanda isə Boliviyadır. Həm o, həm də Ronaldo millidə ən sevimli rəqibinin qapısından 9 top keçirib. Portuqaliya millisinin lideri Lüksemburqla qarşılaşmalarda bu qədər fərqlənib.

Ümumiyyətlə, futbol tarixində millidə ən çox qol vuran futbolçu Kriştianudur. 37 yaşlı superulduz 117 dəfə rəqibləri mərkəzə dəvət edib. Argentina ilə 86 qol vuran Messi isə siyahıda 4-cüdür.

Bəzi futbol azarkeşləri Ronaldonun zəif rəqiblərlə daha çox üz-üzə gəldiyi üçün ən məhsuldar milli üzvü olduğunu düşünür. Bu üzdən Kriştianu və Lionelin ən çox məyus etdiyi komandaların siyahısını dərc etməklə, bu baxımdan müqayisə aparılıb.

Messinin ən çox qol vurduğu rəqiblər:
Boliviya - 9 qol
Estoniya - 7
Ekvador - 7
Uruqvay - 6
Braziliya – 6
Çili - 5
Paraqvay - 5
Venesuela – 5

Ronaldonun ən çox qol vurduğu rəqiblər:
Lüksemburq - 9 qol
Litva - 7
İsveç - 7
Andorra - 6
Macarıstan - 6
Latviya - 5
Ermənistan - 5
İsveçrə - 5

writer photo
Əlirza Əlirzalı
0