Almaniya millisinin sabiq üzvü Renat Dadaşovun komanda yoldaşı olub
12.09.2024 - 16:54
Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" heyətini alman futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi Niko Şultzla anlaşıb.
Almaniya millisinin sabiq üzvü “Ankaragücü” ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Şultz “Herta”, “Borussiya”(Münhenqladbax), “Hoffenhaym”, “Borussiya”(Dortmund) kimi komandaların formasını geyinib.
0
0