Almaniyaya ölkə xaricindən 580 polis dəvət olunub
14.06.2024 - 10:48
Almaniyaya ölkə xaricindən 580 polis dəvət olunub

Futbol üzrə Avropa çempionatı zamanı təhlükəsizlik və asayişin təmin edilməsi məqsədilə Avropa ölkələrindən olan 580-ə yaxın polis əməkdaşı almaniyalı həmkarlarına dəstək olacaq.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xaricdən gələn polislər sərhəddə, qatarlarda, vağzallarda və hava limanlarında növbə çəkəcəklər.

Qeyd edək ki, iyunun 14-də başlayacaq AVRO-2024 iyulun 14-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0