“Neftçi” hamını qabaqladı
07.11.2023 - 12:03
“Neftçi” hamını qabaqladı

Gənc boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidməti açıqlayıb.

Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda mükafatçılar müəyyənləşib. 59 komandanın 227 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Boks Mərkəzində təşkil olunan final döyüşlərdə qalib gələn Bilalhəbəşi Nəzərov, Zidan Hümbətov, Ömər Aslanlı, Məhəmmədli Aşurəliyev, Məhəmmədəli Qasımzadə, İbrahim Zeynalov, Hüseyn Hacıyev, Ayxan Əliyev, Mircəlal Mirağayev, Hüseyn Hüseynli, Ruslan Qəhrəmanov, Kənan Nəcəfov və İlkin Məmmədli çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu (36) birinci yeri tutub. İkinci pilləyə Z-1 İdman Klubu (27) yiyələndiyi halda, “üçlüy”ü “Təhsil” Respublika İdman Mərkəzi (26) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Məhəmmədəli Aşurəliyev layiq görülüb. Asif Məmmədov (Gəncə) ən yaxşı hakim adına sahib olub.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, 71 kq çəki dərəcəsində yarımfinalda 2 boksçu diskvalifikasiya olunduğundan digər cütdə qalib gələn çempion, məğlub olan bürünc medalçı olub.

Azərbaycan birinciliyi
VI günün nəticələri
Finallar
48 kq
Bilalhəbəşi Nəzərov (Astara) – Ramal Yolçuyev (Qəbələ) – 4:1
51 kq
Zidan Hümbətov (“Neftçi” İK, Şirvan) – Sabir Dadaşov (“Neftçi” İK) – 3:2
54 kq
Ömər Aslanlı (“Təhsil” RİM) – Tağı Nəsibov (“Firuz” BT) – 4:1
57 kq
Məhəmmədli Aşurəliyev (“Zabit” İK) – Elbrus Kərimli (Naxçıvan MR) – 5:0
60 kq
Məhəmmədəli Qasımzadə (“Ağa” İK) – Tofiq Zahirov (“Təhsil” RİM) – ikinci döyüşə gəlməyib
63,5 kq
İbrahim Zeynalov (Gəncə) – Mirhəsən İbrahimov (“Zabit” İK) – 5:0
67 kq
Hüseyn Hacıyev (Sumqayıt) – Ayxan Zeynallı (Mingəçevir) – birinci tam üstünlüklə qalib gəlib
71 kq
Ayxan Əliyev (“Neftçi” İK) – rəqibi diskvalifikasiya olunub
75 kq
Mircəlal Mirağayev (“Neftçi” İK) – İrfan Xəlili (Z-1) – birinci tam üstünlüklə qalib gəlib
80 kq
Hüseyn Hüseynli (Z-1 İK) – Şamil Nəcəfov (Tərtər) – ikinci döyüşə gəlməyib
86 kq
Ruslan Qəhrəmanov (DİN İK) – Şahin Dadaşov (UGM-13) – birinci tam üstünlüklə qalib gəlib
92 kq
Kənan Nəcəfov (“Roman” İK) – Fəxrəddin Hüseynov (“Neftçi” İK) – 5:0
+92 kq
İlkin Məmmədli (“Neftçi” İK) – Orxan Ağayev (“Zabit” İK) – 4:1
 

writer photo
Əlirza Əlirzalı
0