Arteta futbolçularının şəxsi əşyalarını oğurladıb
08.08.2024 - 15:48
Arteta futbolçularının şəxsi əşyalarını oğurladıb

İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta futbolçuların sayıqlığını yoxlamaq üçün maraqlı üsula əl atıb.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Arteta oyunçulara heç bir xəbər vermədən düşərgəyə peşəkar cibgirlər dəvət edib.

Futbolçularla birlikdə şam yeməyinə qoşulan oğrular komanda üzvlərinin telefon, pul kisəsi və başqa şəxsi əşyalarını götürüblər. Şam yeməyinin sonunda Arteta hamıdan ciblərini yoxlamağı xahiş edib. Bundan sonra futbolçuların əksəriyyəti qiymətli əşyalarının itdiyini anlayıblar.

Beləliklə, məşqçi bütün situasiyalarda oyunçulara diqqətli və ayıq olmağın vacibliyini vurğulamağa çalışıb.

writer photo
Əlirza Əlirzalı
0