“Birinci hissədə kifayət qədər intensiv oynamadıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Holştayn Kiel”in hücumçusu Marvin Obuz “Qarabağ”la keçirilən yoxlama görüşü barədə danışarkən deyib.
Avstriyada baş tutan və 2:2 hesabı ilə yekunlaşan qarşılaşmada 90 dəqiqə meydanda olan 20 yaşlı almaniyalı ön xətt oyunçusu ikinci hissədəki çıxışlarından məmnun qalıb: “Fasilədən sonra yaxşı çıxış etdik və layiqli şəkildə bərabərliyi təmin etdik. Qələbə qolunu da vura bilərdik. Ümumilikdə, həqiqətən də, əyləncəli oyun keçdi”.
Qeyd edək ki, “Qarabağ” birinci hissədə Ramil Şeydayevin dublu ilə önə keçsə də, Almaniya klubu fasilədən sonra hesabı bərabərləşdirib. Azərbaycan çempionu dünən həmçinin Rumıniya klubu “Universitatya Krayova” (1:1) ilə də yoxlama görüşündə üz-üzə gəlib.