Messi: “Zidan məşqçi olmayacağını desə də, Çempionlar Liqasını qazandı”
07.10.2022 - 11:26
Messi: “Zidan məşqçi olmayacağını desə də, Çempionlar Liqasını qazandı”

PSJ-nin hücumçusu Lionel Messi karyerasını bitirdikdən sonra nə işlə məşğul olacağını hələ müəyyənləşdirməyib.

Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin kapitanı özü açıqlayıb.

35 yaşlı superulduz məşqçi kimi fəaliyyət göstərmək istəmədiyini desə də, bu işi görəcəyini istisna etməyib: “Nailiyyətlərim haqda deyil, gələcəyi düşünürəm. Məşqçi olmaq fikrində deyiləm. Amma Zinəddin Zidan da belə deyirdi, sonra məşqçi oldu və Çempionlar Liqasını qazandı. İdman idarəçiliyi, komanda quruculuğu ilə maraqlanıram, məşqçiyə kömək etməyi xoşlayıram. Amma hələ ki, dəqiq qərarım yoxdur”.

Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0