Azərbaycan boksçuları Rusiyadakı turniri 4 medalla başa vurublar
05.07.2024 - 16:20
Azərbaycan boksçuları Rusiyadakı turniri 4 medalla başa vurublar

Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında boks yarışları başa çatıb.

Apasport.az xəbər verir ki, milli komandamız turniri 4 medalla başa vurub.

Yarışın son günündə Nihad Qasımov (48 kq) gümüş medala yiyələnib.

Ondan əvvəl isə Haqverdi Həsənov (57 kq), Nurlan Abışov (60 kq) və Valeh Eyvazlı (66 kq) 3-cü yeri tutublar.

writer photo
Əlirza Əlirzalı
0