Marko Verratti də yarımadaya yollandı
09.09.2023 - 17:22
Marko Verratti də yarımadaya yollandı

Tanınmış futbolçuları transfer edən Səudiyyə Ərəbistanı klubları daha bir aparıcı oyunçunun keçidini həll edib. 

Apasport.az saytı xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin də karyerasını yarımadada davam etdirəcəyi dəqiqləşib.

30 yaşlı italiyalı futbolçu “Əl-Ərəbi” komandasının təklifini müsbət cavablayıb. İtaliya millisinin də şərəfini qoruyan Veratti artıq tibbi baxışdan da keçib. 

Qeyd edək ki, klub karyerasında 495 matça çıxan Marko 13 qol və 72 qol ötürməsi ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0