Fransanın "Lion" klubunun argentinalı cinah müdafiəçisi Nikolas Talyafiko həmyerlisi Lionel Messinin 2026-cı il dünya çempionatında oynaması üçün bəzi hadisələrin reallaşmasının vacib olduğunu düşünür.
Apasport.az xəbər verir ki, onun sözlərini "Inter Miami News Hub" “X” sosial şəbəkəsində sitat gətirib.
"Biz gələn il Amerika Kubokunu qazanmalıyıq. Komandamız Qətərdə çempion olmasaydı, Messi millidən istefa verərdi, amma biz buna nail olduq və indi o öz zəfərinin dadını çıxarır. Əgər biz Amerika Kubokunu qazansaq, o, davam etmək istəyəcək" - futbolçu bildirib.
Qeyd edək ki, Messi iki il azad agent kimi Fransa PSJ-sində oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib və tezliklə kapitan sarğısını alıb. Avqustun 20-də argentinalı Amerikada ilk - Liqa Kubokunu qazanıb. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messinin hesabında 11 qol və 5 məhsuldar ötürmə var.