"Zirə"də 2 yeni futbolçu
05.06.2024 - 17:38
"Zirə"də 2 yeni futbolçu

"Zirə" klubu 2 yeni futbolçu ilə anlaşıb.

Apasport.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aydın Bayramov və Elçin Əlicanov "Zirə" ilə 2 illik müqavilə bağlayıb.

Aydın Bayramov daha əvvəl “Sumqayıt” və “Turan Tovuz”, Elçin Əlicanov isə “Binə”, “Zaqatala” və “Kəpəz” klublarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0