Messinin şansı 93 faizdir - “Qızıl top”u qazanmağa
07.09.2023 - 22:39
“Qızıl top” mükafatını qazanmağa real namizədin adı açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, Lionel Messinin şansı 93 faizə bərabərdir.
Argentinalı futbolçunun yığma komanda ilə dünya çempionatında qələbə qazanması Messiyə əlavə şans verir. Lionel Qətərdə keçirilən mundialın ən yaxşı oyunçusu seçilib. O, 7 dəfə “Qızıl top” mükafatına layiq görülüb və bu nominasiyada rekordçudur.
Qeyd edək ki, bu mübarizədə Erlinq Holland Messinin əsas rəqibi sayılır. Norveçli hücumçu “Mançester Siti”nin heyətində Çempionlar Liqasını qazanıb.
0
0