Messiyə 363 milyonluq təklif
05.05.2023 - 18:36
Messiyə 363 milyonluq təklif

Argentinalı futbolçu Lionel Messiyə transfer təklifləri gəlməkdə davam edir.

Apasport.az saytı xəbər verir ki, Fransada PSJ klubunun şərəfini qoruyan 35 yaşlı superulduza cəlbedici təklif Səudiyyə Ərəbistanından gəlib.

Bu ölkənin “Əl Hilal” klubu mövsümün sonunda Paris təmsilçisi ilə müqaviləsi bitəcək argentinalı hücumçuya illik 363 milyon avroya 3 illik müqavilə təklif edib. İspaniyadan “Barselona” və ABŞ-dan “İnter Mayami” komandalarının da heyətdə görmək istədiyi Messinin bu təklifə nə cavab verəcəyi bəlli deyil.

Qeyd edək ki, “Əl Hilal” 25 turdan sonra topladığı 49 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0