Messiyə görə bütün stadionlar dolur
26.09.2023 - 14:55
Messiyə görə bütün stadionlar dolur

“Hər bir futbolçu mümkün qədər çox azarkeş qarşısında oynamaq istəyir. Bütün oyunlarımızı ağzına kimi dolu stadionda keçirmək əla hissdir”.

Apasport.az saytı xəbər verir ki, "İnter Mayami"nin yarımmüdafiəçisi Robert Teylor hücumçu Lionel Messinin transferindən sonra klubun populyarlığının artmasına münasibət bildirib.

Teylor argentinalı ulduzun gəlişinin bütün komandaya müsbət təsir göstərdiyini deyib: "Sənə nə qədər çox baxsalar, bir o qədər yaxşıdır. Evdə və səfərdə keçirdiyimiz oyunlarda stadionda anşlaq olur. Hazırda hamımız güclü görünürük. Oyunumuz və əldə etdiyimiz nəticələr bizi həyəcanlandırır”.

Qeyd edək ki, yayda "İnter Mayami" ilə müqavilə imzalayan 36 yaşlı Messi komandanın heyətində 11 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0