Messiyə Səudiyyə Ərəbistanından 400 milyonluq təklif
04.04.2023 - 23:28
Messiyə Səudiyyə Ərəbistanından 400 milyonluq təklif

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubundan illik 400 milyon avro maaşla təklif alıb.

Apasport.az xəbər verir ki, bu barədə "Sky Sport Italia"nın jurnalisti Fabritsio Romano öz Tvitter səhifəsində məlumat verib.

Daha əvvəl "Agence France Press" PSJ-dəki mənbəyə istinadən xəbər vermişdi ki, Messi, çox güman ki, iyunda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq. "Əl-Hilal" Lionel Messiyə illik 400 milyon avro maaşla rəsmi təklif göndərib” deyən Romano futbolçunun prioritetinin karyerasını Avropada davam etdirmək olduğunu qeyd edib.

Martın 12-də İspaniyanın “El Mundo Deportivo” qəzeti "Əl-Hilal"ın Messiyə illik 330 milyon avro maaşla müqavilə təklif etdiyini yazıb. Ötən ilin dekabrından yerli “Əl-Nəsr”də çıxış edən hücumçu Kriştianu Ronaldo yerli çempionatda turistlərin cəlb edilməsinə müsbət təsir göstərir və ölkədə Misir və Yunanıstanla birlikdə 2030-cu il dünya çempionatının keçirilməsinə kömək edə bilər.

writer photo
Əlirza Əlirzalı
0